Ərdoğanın dollar təklifi

Ərdoğanın dollar təklifi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtinanı təklif edib.

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda rəsmi səfərdə olan Türkiyə prezidenti ölkələr arasında milli valyutalardan istifadəni məsləhət görüb:

“Biz aramızda yerli və milli pullardan istifadə edərək, artıq dolların hökmranlığına tədricən son qoymalıyıq” – Ərdoğan bildirib.

O, paytaxt Bişkekdə Türkiyə-Qırğızıstan iş forumunda çıxışı zamanı bu barədə bəyan edib.

Türkiyə prezidenti çıxışı zaman iki ölkə arasındakı ticarət əlaqələrinə də diqqət çəkərək bu əlaqələrin istənilən səviyyədə olmadığını bildirib.

Qeyd edək ki, Türkiyə milli valyutası son sanksiyalardan sonra dollara nisbətdə dəyərini itirib. Hazırda bir dollar 6,5 lirəyə dəyişdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort