“Bu, prezidentin siyasətinə xəyanət idi” - Deputatlardan sərt açıqlama

“Bu, prezidentin siyasətinə xəyanət idi” - Deputatlardan sərt açıqlama


Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında dövlət məmurlarının cəzalandırılması məsələsinə toxunub. O qeyd edib ki, məmurlar meyarlara uyğun gəlməyəcəklərsə, işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilməlidirlər.

“Qafqazinfo” sözügedən çıxışa Milli Məclisin deputatları Fəzail Ağamalı və Fazil Mustafadan münasibət öyrənib.

F. Ağamalı qeyd edib ki, ölkə başçısının çıxışını diqqətlə dinləyib: “Prezident ötən 6 ay müddətində ölkədə və onun sosial siyasi sferasında əldə olunan uğurların üzərində dayanaraq məsələlərin təhlilini verdi və bu uğurları təmin edən amillər üzərində dayandı. Heç şübhəsiz ki, bunlar ölkə başçısının və onun komandasının birgə əməyi nəticəsində qazanılıb.

Prezidentin çıxışında diqqəti cəlb edən məqamlardan biri məmur məsuliyyətinin artması və bu məsuliyyətin onun fəaliyyətində yer tutmasının önəmi ilə bağlıdır. Buraxılmış səhvlərə və nöqsanlara görə kimsəyə güzəşt edilməməsi birmənalı şəkildə ifadə edildi. “Azərenerji”nin məsuliyyətsizliyi ucbatından Azərbaycanda yaranmış olan və hələ də fəsadları bu günə qədər aradan qaldırılmayan günləri yaşadıq. Bu təkcə məsuliyyətsizlik deyildi. Ölkə prezidentinin illərdən bəri yüksək səviyyədə həyata keçirmiş olduğu sosial iqtisadi inkişafın mahiyyətinə xəyanət idi. Bu, Azərbaycan xalqına məsuliyyətsiz münasibətin ifadəsi idi. Ona görə də bu cür məmurlar təkcə işdən azad edilməklə kifayətlənməli deyil, həm də onlar haqqında cinayət işi açılmalıdır. Onlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Burada Etibar Piriverdiyevdən başlamış digər şəxslər də həmin məsuliyyəti eyni cür daşımalıdırlar. Bunun başqa yolu yoxdur”.

Onun sözlərinə görə, bundan sonra ölkə prezidentinin məmurlara qarşı sərt münasibəti daha da kəskin xarakter alacaq: “Çünki bu hər birimiz üçün elə bir ciddi dərs oldu ki, bunun alternativini görmürəm. Məmurlara hər hansı bir şəkildə güzəştdən söhbət gedə bilməz. Bu və buna bənzər ciddi nöqsanlara yol verən məmurlar hökmən ölkə prezidenti tərəfindən təkcə işdən çıxarılmaqla kifayətlənməyəcək. Mən əminəm ki, onlar haqqında da Azərbaycan qanunları çərçivəsində sərt cəzalar veriləcək”.

F. Mustafa isə bildirib ki, cəzalanma məsələsi ifadə olaraq məmurların müəyyən mənada tez-tez eşitdiyi ifadədir: “Məncə, hüquqi cəhətdən məsələnin artıq elə şəkildə həllinə ehtiyac var ki, hər kəs layiq olduğu şəkildə vəzifə tutsun və hansısa bir şəkildə onu həyata keçirmək üçün əlindən gələni edə bilsin. Çox təəssüf ki, bizdə məmurların müəyyən bir hissəsi öz yerində deyil. Problem də bundan qaynaqlanır. Konkret olaraq burada əsas ağırlıq elektrik sahəsinin üzərinə yönəlib. Məncə, daha fərqli istiqamətdə də işlər görmək lazımdır. Xüsusilə də, yüksək səviyyədə mütəxəssislərinin cəlb olunması vacibdir. Bu gün mütəxəssislərin böyük hissəsi burada onlara şərait yaradılmağından xaricə çıxıb gedir. Bu axının qabağını almaq lazımdır ki, müəyyən neqativ hadisələr baş verməsin. O baxımdan da konkret kimin cəzalanmalı olduğunu bilmirəm. Amma hər halda ümid edək ki, bunun bir nəticəsi olacaq”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort