Şəhid əsgərin medalı atasına verildi - Fotolar » Gecce.Az Xəbər Portalı
Şəhid əsgərin medalı atasına verildi - Fotolar

Şəhid əsgərin medalı atasına verildi - Fotolar


Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

Gecce.az xəbər verir ki, bu münasibətlə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində Müdafiə Nazirliyinin rəsmilərinin, rayon rəhbərliyinin, hərbi qulluqçuların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından şəhidin ailəsinə, doğmalarına bir daha dərin hüznlə başsağlığı verib, səbir arzulayıb.

Sonra əsgər Tatarov Adil Əli oğlunun ölümündən sonra təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
Şəhid əsgərin medalı atasına verildi - Fotolar
Şəhid əsgərin medalı atasına verildi - Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort