“Ərdoğanın öz əlləri qan içindədir, bizə dərs keçməsin” - Netanyahu

“Ərdoğanın öz əlləri qan içindədir, bizə dərs keçməsin” - Netanyahu


Türkiyə prezidenti Şimali Kiprin işğalını dəstəkləyir, Suriyaya soxulur. İndi bizə dastan oxumamalıdır”.

Bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu prezident Rəcəb Tayyib Ərdoğanın çıxışına cavab olaraq deyib:

“Minlərlə türk əsgərini Şimali Kiprin işğalına dəstək üçün göndərən, Suriyaya soxulan insan indi bizə dastan söyləməməlidir. Biz özümüzü HƏMAS-ın hücumundan qoruyuruq. Türkiyə və Suriyada əli saysız kürdlərin qanına bulaşmış insan bizə hərbi etika dərsi keçə bilməz”.

Qeyd edək ki, Ərdoğan İsraili terrorçu dövlət adlandıraraq Netanyahunun əllərində fələstinlilərin qanı olduğunu demişdi.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort