Pakistanlı iş adamları Azərbaycana dəvət olunub

Pakistanlı iş adamları Azərbaycana dəvət olunub



Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistanın Pəncab əyalətinə səfər edib.

Gecce.az Report.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində D.Şikarov Pəncab əyalətinin qubernatoru, senator Malik Məhəmməd Rafiq Racvana, Lahor Sənaye və Ticarət Palatasının prezidenti Şeyx Məhəmməd Ərşad, gömrük və vergilər naziri Muctaba Şuja-ur-Rehman ilə görüşlər keçirib.
Əyalətinin qubernatoru ilə keçirilən görüşdə səfir Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf, qeyri-neft sektorunun, xüsusilə, turizm sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Səfir Azərbaycan və Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olmasından qürur duyduğunu qeyd edib, sözügedən münasibətlərin tarixi, dini və mədəni əsasların üstündə durduğunu bildirib. D.Şikarov həmçinin Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən bir sıra xeyriyyə tədbirlərindən danışıb.
Qubernator M.M.Racvana Pakistanın Azərbaycana olan xüsusi rəğbətini bir daha vurğulayıb, siyasi əlaqələrin tam yüksək səviyyədə olduğunu qeyd edib. Pakistanın “Dağlıq Qarabağ” məsələsində daim Azərbaycanı dəstəklədiyini və hər zaman dəstəkləyəcəyini vurğulayıb. Azərbaycan-Pakistan iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində olmadığından heyifsləndiyini bildirən qubernator, sözügedən sahənin də çox qısa bir zamanda artacağına əmin olduğunu bildirib.
Sənaye və ticarət palatasının prezidenti Şeyx Məhəmməd Ərşad ilə keçirilən görüşdə D.Şikarov xarici inverstorlar üçün Azərbaycanda münbit şərait yaradıldığını diqqətə çatdırıb, pakistanlı iş adamlarını Azərbaycana səfərə dəvət edib.
Səfir D.Şikarov Bakı-İslamabad birbaşa hava uçuşunun artıq fəaliyyət göstərdiyini, bunun da öz növbəsində iqtisadi əlaqələrə təkan verəcəyini qeyd edib. Səfir, Azərbaycanın əsas eksport mallarının enerji resursları olduğunu və Pakistanın enerji qıtlığından əziyyət çəkməsini qeyd edərək bu istiqamətdə uğurlu işlərin görülə biləcəyini söyləyib. Həmçinin Pakistandan düyü, şəkər, idman və digər malların Azərbaycana ixrac potensialı səfir tərəfindən bildirib.
Gömrük və vergilər naziri Muctaba Şuja-ur-Rehman ilə keçirilən görüşdə səfir Azərbaycanın gömrük və vergi sistemi haqqında ətraflı məlumat verib həmçinin, Azərbaycan məhsullarının Pakistana ixracı məsələsində gömrük və vergi güzəştlərinin tətbiq edilməsini xahiş edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti