“Belələrinə qarşı ciddi danışmaq lazımdır” - Deputat

“Belələrinə qarşı ciddi danışmaq lazımdır” - Deputat


“Bəzi insanlar, sahibkarlar, iş adamları hələ də icarəyə götürdüyü torpaqlardan təyinatı üzrə istifadə etmirlər. Hektarlarla torpaqları çəpərləyib başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tuturlar”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib. O bildirib ki, “Torpaq icarəsi haqqında”, o cümlədən Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər bu baxımdan çox önəmlidir: “Ümumiyyətlə, kənd təsərrüfatı deyəndə ilk növbədə, torpaqlar göz önünə gəlir. Ancaq çox təəssüflər olsun ki, bir çoxları hələ də qanunlara əməl etmirlər. Hektarlarla torpaqları icarəyə götürüb, çəpərləyib təyinatı üzrə istifadə etmirlər. Sadəcə, ilin sonunda cüzi miqdarda ödəməylə işlərini bitmiş sayırlar. Odur ki, belələrinə qarşı qanunun dili ilə ciddi danışmaq lazımdır. Onlardan icarə müqaviləsinə əsasən daha böyük məbləğdə ödəm tələb olunsun və rəsmiləşdirilsin”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort