General ağac əkdi

General ağac əkdi


Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Daxili İşlər Naziriyinin Baş Mühafizə, Maddi-Texniki Təminat Baş, Şəxsi Heyətlə İş idarələrinin, paytaxtın Suraxanı rayon Polis İdarəsinin, digər struktur qurumların şəxsi heyəti mayın 9-da Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, nazirliyin aidiyyatı baş idarə, idarə və xidmətlərinin rəisləri, digər vəzifəli şəxslər iştirak ediblər.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamları və zeytun ağacları əkiblər. Bugünkü tədbir zamanı isə 3000-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 200 ədəd Eldar şamının tingləri əkilib, onların suvarılması həyata keçirilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort