Yeni prezident seçildi - Argentinada

Yeni prezident seçildi - Argentinada



Argentinada keçirilən prezident seçkilərində Respublika Təklifi Partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb.

Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb.

"Argentina xalqı öz prezidentini seçdi və mən onu telefonla təbrik etdim",- Sioli bildirib.

Bundan əlavə, yeni prezidenti hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşner, həmçinin Meksika və Paraqvay prezidentləri də təbrik ediblər.

Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti