Hərbçilərimiz NATO tədbirində

Hərbçilərimiz NATO tədbirində



Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Gecce.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti