Türkiyə yasda - 4 əsgər öldü, 4-ü yaralandı

Türkiyə yasda - 4 əsgər öldü, 4-ü yaralandı


Qardaş Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatlar zamanı 3 əsgəri şəhid olub, daha 3-ü isə yaralanıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, əsgərlər əldəqayırma bombanın partlaması nəticəsində həlak olublar. Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib.

Bundan əlavə ordunun Bitlis əyalətində PKK terroçularına qarşı apardığı döyüşlər zamanı da 1 əsgər şəhid olub, daha 1-i isə yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti