Ərdoğan ABŞ-a cavab verdi

Ərdoğan ABŞ-a cavab verdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Suriyanın Afrin bölgəsindəki vəziyyətlə bağlı verdiyi bəyanata münasibət bildirib.

“Qafqazinfo”nun CNN Türk-ə istinadən məlumatına görə, Ərdoğan ABŞ-ı terrorçularla əməkdaşlıq etməkdə ittiham edib. O, əlavə edib ki, əgər Amerika Türkiyə ilə strateji tərəfdaşdırsa, bu əməliyyatda onlara dəstək olmalıdır:

“Öz pulumuzla sizdən silah almaq istəyəndə bu silahları bizə satmadınız, terror təşkilatına isə silahları pulsuz verdiniz. Terrorçulara 5 min yük maşını silah və texnika bağışladınız”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Pentaqon Türkiyənin Afrində keçirdiyi antiterror hadisəsindən narahatlıq keçirdikləri barədə bəyanatlar veriblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti