"Afrində 3089 terrorçu zərərsizləşdirilib" - Ərdoğan

"Afrində 3089 terrorçu zərərsizləşdirilib" - Ərdoğan


Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Afrin bölgəsində 800 kv.km ərazi terrorçulardan təmizlənib: "Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kv.km ərazini terrorçulardan təmizləyib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kv.km olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək".

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD//YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort