Can sağlığı dəyərli nemət imiş” - Üç gün komada qalan deputat

Can sağlığı dəyərli nemət imiş” - Üç gün komada qalan deputat


“Şükür Allaha, vəziyyətim yaxşılaşıb, müalicəm davam edir və bu yaxınlarda yenidən işimin başına qayıdacağam”.

Gecce.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında bir müddət öncə ürəyində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən və komaya düşən Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

O bildirib ki, narahat olunası bir durum yoxdur və hər şey qaydasındadır:

“İndiki durumum, çox şükür ki, əvvəlkinə nəzərən yaxşıdır. Dünən həkimə getmişdim, dedilər ki, heç bir problemin yoxdur. Hazırda müalicəm ev şəraitində davam etdirilir. 3-4 gündən sonra yenidən işimin başına qayıdacağam.

Eşitdim ki, səhhətim pisləşəndə narahatlıq keçirib xeyli maraqlanan insanlar olub. Hər birinə təşəkkürümü bildirirəm. Hazırda Bulvarda gəzirəm. Ümid edirəm ki, o ağrılı günü yenidən yaşamaram. İnsanda can sağlığı çox dəyərli nemət imiş. Bunu adam xəstələnəndə bilir.

Bunlara baxmayaraq, öz seçicilərimi yalnız buraxmamışam. Rayona gedərək onlarla görüşlər keçirib, şikayətlərini dinləmişəm”.

Qeyd edək ki, 50 yaşlı millət vəkili Nəriman Əliyev bu ilin yanvarın 10-da ürək damarlarının tıxanıqlığı səbəbindən Respublika Müalicəvi Diaqnostika Mərkəzində anju əməliyyatı keçirmiş və elə əməliyyatdan sonra da komaya düşmüşdü.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort