Dünya liderlərindən Əliyevə başsağlığı gəlməkdə davam edir

Dünya liderlərindən Əliyevə başsağlığı gəlməkdə davam edir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Narkoloji Mərkəzdə baş vermiş yanğın nəticəsində 25 nəfərin vəfatı ilə əlaqədar prezident İlham Əliyevə başsağlığı verib.

Məktubda deyilir:

“Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım. Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Türkiyə baş naziri Binəli Yıldırım: “Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.

İran prezidenti Həsən Ruhani: “Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.

Belarus prezidenti Aleksandr Lukaşenko: “Belarus Bakının Respublika Narkoloji Dispanserində baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğınla bağlı xəbəri dərin hüzn hissi ilə qarşılayıb. Yanğın zamanı xəsarət alanlara şəfa diləyir, ən yaxın zamanda sağalmalarını təmənni edirəm”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort