Afrində ABŞ-la da savaşarıq - Binəli Yıldırım

Afrində ABŞ-la da savaşarıq - Binəli Yıldırım



Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya kansleri Angela Merkel ilə görüşdən əvvəl alman mediasına müsahibə verib.


Afrin əməliyyatı ilə bağlı danışan Binəli Yıldırım "NATO üzvü olan Türkiyə həmin ittifaqın digər üzvü ABŞ-la YPG-ni dəstəklədiyi üçün mübarizə aparır. Prezident Ərdoğan bunun nəticəsinin pis olacağını bildirərək "Osmanlı yumruğu" ifadəsini işlətdi. Bunun mənası nədir?" sualına belə cavab verib: "Biz Amerikanı təhdid etmirik. Sadəcə bunu deyirik: Türkiyə, ABŞ, Almaniya NATO üzvüdür. Biz Amerikaya deyirik ki, NATO-nun sərhədlərini qoruyan Türkiyəyə qarşı çıxan terrorçu qruplaşmalara dəstək vermə. Bu, ortaqlığa sığmır. Bu, böyük dövlətə də yaraşmaz. Bizim YPG ilə problemimiz var. Ancaq ABŞ YPG-nin yanında bizə qarşı çıxarsa, onunla da savaşarıq".

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti