Ərdoğan sərt danışdı: "Deyəsən, hələ Osmanlı şilləsi yeməyiblər"

Ərdoğan sərt danışdı: "Deyəsən, hələ Osmanlı şilləsi yeməyiblər"


Ərdoğan ABŞ-a qarşı yenə sərt danışdı…


Gecce.az A24.az-a istinadən xəbər verir ki, Bu gün Türkiyə prezidenti çıxışı zamanı ABŞ haqqında sərt ifadələr səsləndirib.

Ərdoğan çıxışı zamanı bildirib:

“Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür? Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. NATO-nun bütün üzvləri bərabərhüquqludur. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır. ABŞ-ın Suriya ilə sərhədi yoxdur, Suriya ilə nə əlaqən var?

Güya İŞİD-lə mübarizə aparmaq üçün bölgəyə nəzarət etmək istəyən hər kəs indi bir İŞİD-ə görə Türkiyəyə qarşı çıxır. Neçə İŞİD-li terrorçu məhv etdiniz?! Biz bölgədə kimin kimin yanında olduğunu görüb ölçü götürürük. Artıq kiminsə İŞİD-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki İŞİD-lə birlikdə hərəkət edirlər. Suriyadakı İŞİD teatrı artıq sona çatıb.

“Bizi vuraralarsa onlara qarşı sərt reaksiya verərik” deyənlər deyəsən ömründə “Osmanlı tokatı” yeməyiblər. Türkiyəni istədikləri kimi girib çıxdıqları, istədiyi hər şeyi edəcəkləri zaman susan ölkələrlə qarışdırırlarsa çox yaxında belə olmadığını görəcəklər.

Əlbəttə ki, biz onları qəsdən hədəf almayacağıq. Yanlarında duran terrorçulardan başlayaraq, bütün terrorçuları məhv edəcəyik. Buna görə terrorçuların arxasında dayanmamalı olduğunu bir daha vurğulayıram!”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                        
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                  
ankara escort