ABŞ koalisiyası Əsədin qoşunlarını vurdu - 100 döyüşçü öldürüldü

ABŞ koalisiyası Əsədin qoşunlarını vurdu - 100 döyüşçü öldürüldü


Suriyada Bəşər Əsədə bağlı güclərlə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri arasında güclü atışma olub.

ABŞ Suriyada rejim tərəfdarlarının özlərini Suriya Demokratik Qüvvələri adlandıran PYD/PKK-nın qərargahına hücum etdiyini bildirib.

Bundan sonra bir tərəfdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə YGP terrorçuları, digər tərəfdə isə Əsəd qüvvələri ilə Hizbullah militanları arasında qarşıdurma yaranıb.

ABŞ endirdiyi hava və artilleriya zərbələri nəticəsində 100-dən çox hökumətyönlü döyüşçünün məhv edildiyini açıqlayıb.

Koalisiya nümayəndəsi bildirib ki, hökumətyönlü döyüşçülər “Suriya Demokratik Qüvvələri” ilə qarşıdurmaya girdikləri üçün əks hücuma keçməli olublar. Belə ki, koalisiya qüvvələrinin Əsədin qoşunlarına hücumu özünümüdafiə məqsədi daşıyıb. Onun sözlərinə görə, hökumət qoşunlarına avia və artilleriya atəşi onlar demarkasiya xəttinə çəkildikdən sonra dayandırılıb.

Rəsmi Dəməşq məsələ ilə bağlı hələ ki, heç bir şərh verməyib.

Rusiya isə ABŞ-ın bu açıqlamasına dərhal reaksiya verib və Bəşər Əsəd qüvvələrinin öldürülməsini “hücum hərəkəti” kimi dəyərləndirib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"