“ABŞ öz istəyi ilə Suriyadan çıxmasa, yumruqla çıxararıq” - İran

“ABŞ öz istəyi ilə Suriyadan çıxmasa, yumruqla çıxararıq” - İran


İranın ali dini lideri ayətulla Əli Xameneinin baş məsləhətçisi Əli Əkbər Velayeti ABŞ-la bağlı sərt çıxış edib.

İran rəsmisi ABŞ-ın Suriyadakı hərbi mövcudluğu ilə bağlı “ABŞ ya öz istəyi ilə buradan çıxar, ya da yumruqla çıxararıq” sözlərini işlədib.

Velayeti ABŞ-ın Suriyanı bölməyə çalışdığını, lakin bunu bacarmadığını deyib: “ABŞ İraqı bölə bilmədiyi kimi Suriyanı da bölə bilməyəcək. Fıratın şərqinə yerləşən ABŞ gec-tez buradan çıxacaq. Ya öz xoşu ilə, ya da boynunun arxasından aldığı yumruqla buradan çıxararıq”.

ABŞ-ın terror təşkilatı İŞİD-i Əfqanıstan torpaqlarına yerləşdirməyə çalışdığını irəli sürən Velayeti “buna göz yumsaq 900 kilometrlik sərhəd xəttimiz təhlükəyə girər. Buna izn verə bilmərik” deyə açıqlama verib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort