Ərdoğandan ABŞ-a cavab - “Geri addım atmayacağıq”

Ərdoğandan ABŞ-a cavab - “Geri addım atmayacağıq”


"Afrindən geri addım atmayacağıq. Rus dostlarımızla və digər koalisiya qüvvələri ilə də bu mövzuda danışdıq".


Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan qeyd edib ki, Amerika bu bölgəyə 5 min TIR silah gətirib:

"Bütün bunlar haraya paylanıb? Bu terror təşkilatlarına paylandı. Bu gün Suriyanın şimalında təxminən 20 ABŞ bazası var. Bütün xalqım bunları bilməlidir. İndiyə qədər dürüstlük görməmişik və Rusiya ilə görüşümüz çərçivəsində yolumuza davam edirik. Bütün dünyaya elan edirəm. Ölkəmizin heç kimin torpağında gözü yoxdur, olmayıb da. Hamımızın gözü önündə Suriya torpaqlarının bir hissəsində bölgə xalqlarının tarixi gerçəkləri ilə əlaqəli olmayan bir quruluş qurmağa çalışırlar. Bu quruluş, eyni zamanda Suriya, İraq və İran üçün həyati bir təhlükədir".

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti