Azərbaycan nümayəndə heyəti COMCEC-in iclasında iştirak etmişdir

Azərbaycan nümayəndə heyəti COMCEC-in iclasında iştirak etmişdir



İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 31-ci iclası keçirilmişdir.

Gecce.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, tədbirdə davamlı inkişafın hədəfləri və 2015-ci ildən sonrakı inkişaf istiqamətlərinə dair məsələlər müzakirə olunmuşdur.
Azərbaycanı tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
İclasda COMCEC-ə üzv ölkələrin tarixi abidələrinin qorunması və təbliğinə dair stendlər də nümayiş olunmuşdur. Azərbaycana dair stenddə ölkəmizdəki arxeoloji turizm obyektlərində görülən işlərə dair ingilis və ərəb dillərində məlumatlar və fotolar yerləşdirilmişdir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti