“Söz deməyə haqqı yoxdur” - Ərdoğan Gül haqqında

“Söz deməyə haqqı yoxdur” - Ərdoğan Gül haqqında


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yeni partiya yaratmağa hazırlaşan sabiq prezident Abdullah Gülün ünvanına sərt sözlər deyib.

AK Partiyanın toplantısında çıxış edən prezident ad çəkməsə də hədəfinin A.Gül olduğunu bəlli edib. O, ölkədə baş verən hadisələrə səssiz qalan, referenduma qarşı kampaniya aparanların indi söz deməyə haqqları olmadığını deyib.

Ölkə başçısı sələfi Gülü nəzərdə tutaraq “Keçmişdə partiyamızda bir damın altında olub indi kənarda başqa havalarda gəzənlərin partiyamız barədə söz deməyə haqqı yoxdur” deyib.

R.T.Ərdoğan onu da vurğulayıb ki, AKP-dəki birliyi korlamağa çalışanlar artıq bu karvanın səmimi yolçuları deyillər və karvandan geri qalanlar düşdükləri yerdə qalacaqlar: “Biz öz yolumuzla gedəcəyik. Əsas işimiz səhv etməmək, əvvəlki xətalardan dərs götürməkdir. Partiyamıza zərər verə biləcək iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort