"Amerikanın ədalət dediyi budursa, dünya yandı" - Ərdoğan

"Amerikanın ədalət dediyi budursa, dünya yandı" - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.


Ərdoğan ABŞ-ı "ədalət" anlayışını yenidən nəzərdən keçirməyə çağırıb.

“Belə ədalət ola bilməz. ABŞ bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasın. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər sənəd göndərilib. Əgər bu elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan müqavilələr nəyə gərəkdir? ”, - deyə Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti həmçinin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı müzakirə olunan məsələlərdən danışıb.

Onun sözlərinə görə, İranda vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur.

Ərdoğan qeyd edib ki, İrandakı vəziyyət ölkənin daxili işidir və proseslərə istənilən xarici müdaxilə yolverilməzdir.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort