Obama Trampı Hitlerə bənzətdi

Obama Trampı Hitlerə bənzətdi


Keçmiş ABŞ prezidenti Barak Obama hazırki prezident Donald Trampın xarici siyasətini tənqid edərək 1930-cu illərin nasist Almanyasının siyasəti ilə eyniləşdirib.

AzNews.az xəbər verir ki, Çikaqodakı İqtisadiyyat Klubunda danışan Obama Trampın “getdikcə böyüyən özünü bəyənməyinin” xüsusilə, ABŞ üçün təhdid olduğunu söyləyib. Keçmiş prezident 1918-1933-cu illər arasındakı Veymar Almaniyasının da inkişaf etmiş demokratik ölkə olduğunu, amma nasistlərin iqtidara gəlməsinə əngəl ola bilmədiyini xatırladaraq, bunun indiki ABŞ-la oxşar olduğunu dedi. "60 milyon insan öldü" deyən Obama "Bu səbəbdən diqqətli olmanız və səsverməniz lazımdır" deyə əlavə edib.

ABŞ mediası Barak Obamanın Trampı birbaşa olaraq Hitlerə bənzətmədiyini, bununla belə, nasist Almaniyası ilə hazırda milliyyətçi və irqçi baxışlarının yüksəlişdə olduğu ABŞ arasında əlaqə olduğuna diqqət çəkib
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

17.01.2018 / 09:00
 
Xəbər lenti