Tural Bayraməliyev: "Novruz Məmmədovun fikrini alqışlayıram"

Tural Bayraməliyev: "Novruz Məmmədovun fikrini alqışlayıram"


Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında
REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərib.


Bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov açıqlamasında deyib.

PA rəsmisi bildirib ki, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan biri Baş Katib Yaqlandın yuxusuna haram qatıb. O, elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir. Düşünür ki, buna asanlıqla nail ola bilər.

Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Novruz Məmmədovun çıxışını alqışlayan və dəstəkləyən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Tural Bayraməliyev açıqlamasında bunları qeyd edib:

"İlqar Məmmədovun şərti azadlığa buraxılacağının ədalətli qərar ola biləcəyinə ümid edirəm. Azərbaycan müstəqil bir dövlətdir. Azad fikir söyləmək məhdudiyyəti yoxdur. Bu isə Azərbaycanda demokratiyanın varlığına əyani sübutdur. Novruz Məmmədovun fikrini alqışlayıram
və məhkəmənin düzgün qərar verəcəyinə ümidim böyükdür".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

17.01.2018 / 09:00
 
Xəbər lenti