Prezident “Ağcabədi çörəyi”nə baxdı

Prezident “Ağcabədi çörəyi”nə baxdı


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev noyabrın 28-də Tərtərə gedib.

Ölkə başçısı daha sonra Ağcabədiyə gedib.

İ. Əliyev Bayraq Muzeyinin açılışında iştirak edib.

***

Prezident, həmçinin Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

***

Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.

Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.

Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı.

Prezident “Ağcabədi çörəyi”nə baxdı

Prezident “Ağcabədi çörəyi”nə baxdı


"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti