Lavrov Bakıya gəlir - Səfər proqramı açıqlandı

Lavrov Bakıya gəlir - Səfər proqramı açıqlandı


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Elmar Məmmədyarov bu il aprelin 28-də Rusiyada işgüzar səfərdə olub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti