İlham Əliyevdən dünya çempionatı ilə bağlı - Sərəncam

İlham Əliyevdən dünya çempionatı ilə bağlı - Sərəncam


Prezident İlham Əliyev Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri


Yaqub Eyyubov- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri


Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azad Rəhimov– Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Fazil Məmmədov– Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti

Elmar Məmmədyarov– Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov– Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov– Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov– Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Əbülfəs Qarayev– Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev– Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov– Azərbaycan Respublikasının təhsil naziri

Aydın Əliyev- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Firudin Nəbiyev- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Elçin Quliyev– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.

Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti