Sənətkarın həyat yoldaşı Birinci vitse-prezidentə təşəkkür etdi - “O, dünyanın mələk simalı xanımıdır”

Sənətkarın həyat yoldaşı Birinci vitse-prezidentə təşəkkür etdi - “O, dünyanın mələk simalı xanımıdır”


Tahir Əkbərin səhhəti ağır olaraq qalır.

Bunu AzNews.az-a açıqlamasında bəstəkarın həyat yoldaşı bildirib. Onun sözlərinə görə, Tahir Əkbər Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasıya şöbəsindədir:

“Tahir müəllim yüksək səviyyədə müalicə və müayinə edilir. Həkimlər hələ ki, onu yatızdırıb, aparılan müalicənin effektini gözləyirlər”.

Tahir Əkbərin həyat yoldaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib:

“Sağ olsun, Mehriban xanım. O, dünyanın ən mələk simalı xanımıdır. Tahir müəllimin səhhəti ilə əlaqədar bütün xərcləri qarşılayacaq”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl bəstəkar Tahir Əkbərin səhhəti ağırlaşıb. Həkimlər ona insult dioqnozu qoyublar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti