Mehriban Əliyeva Tahir Əkbərin müalicəsi ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva Tahir Əkbərin müalicəsi ilə bağlı göstəriş verdi


Xəbər verdiyimiz kimi, əməkdar incəsənət xadimi Tahir Əkbər insult keçirib.

Əməkdar artist Aybəniz Haşımova Axşam.az-a açıqlamasında bəstəkarın səhhətindən danışıb.

O bidirib ki, birinci vitse-prezident Mehriban Əliyeva T.Əkbərin müalicəsi ilə bağlı göstəriş verib:


“Hazırda vəziyyəti ağırdır. Dünən Tahir Əkbər Musa Nağıyev adına xəstəxanada reanimasiyada idi. Bu gün onu Respublika Diaqnostika Mərkəzinə köçürürlər.

Bundan sonra da səhhəti ilə bağlı bütün lazım olana Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu nəzarət edəcək. Sənət adamlarına belə dəyər verdiyi üçün Mehriban xanıma təşəkkür edirik”.

Mehriban Əliyeva Tahir Əkbərin müalicəsi ilə bağlı göstəriş verdi

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti