İlk sərnişinləri Əliyevlə Ərdoğandır - Qatar yola düşdü

İlk sərnişinləri Əliyevlə Ərdoğandır - Qatar yola düşdü


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində çıxış edir.


Dövlət başçısı bildirib ki, bu layihə zəhmətlə, alın təri ilə həyata keçirildiyi üçün çox dəyərlidir:

“Azərbaycanlı qardaşlar “zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir” deyər. Layihənin bütün xalqlarımız, bütün bölgə üçün xeyirli olmasını diləyirəm. Bu layihə hamımızın ortaq uğurudur. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıyacaqdır".

***

Artıq ilk qatar 5 ölkə lideri- prezident İlham Əliyev, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripovun iştirakı ilə baş tutan açılış mərasimindən sonra yola düşüb. Liderlər Ələt stansiyasına qədər qatarla hərəkət edirlər.

İlk sərnişinləri Əliyevlə Ərdoğandır - Qatar yola düşdü

İlk sərnişinləri Əliyevlə Ərdoğandır - Qatar yola düşdü

İlk sərnişinləri Əliyevlə Ərdoğandır - Qatar yola düşdü
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti