Davudoğlu Azərbaycana gəlir

Davudoğlu Azərbaycana gəlir



Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

Gecce.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşləri naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub.

Səfər çərçivəsində Ə.Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, Əhməd Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti