Leyla Əliyeva “Balaca şahzadə”ni izlədi

Leyla Əliyeva “Balaca şahzadə”ni izlədi


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub.

L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib.

Ə. Lalayev qeyd edib ki, “Balaca şahzadə” əsəri teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk muzikl kimi yaddaşlarda qalacaq.

Görüşdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov gənclərə öz tövsiyyələrini bildirdilər, tamaşa haqqında təəssüratlarını bölüşüblər

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti