“Bu il minlərlə məcburi köçkün ailə yeni evlərlə təmin olunacaq” - Əli Həsənov

“Bu il minlərlə məcburi köçkün ailə yeni evlərlə təmin olunacaq” - Əli Həsənov


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.

Gecce.az Apa-ya istinadən xəbər verir ki, Kollegiya iclasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu il minlərlə məcburi köçkün ailənin yeni evlərlə, mənzillərlə təmin olunacağını, bu prosesin gələn il də davam etdiriləcəyini bildirib.

Ə. Həsənov hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərin çox olduğunu, dövlətin bu məsələnin tezliklə həllini tapması üçün əlindən gələni etdiyini qeyd edib. Komitə sədri yaxın günlərdə Tərtər rayonunda məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən 1178 ailəlik yeni qəsəbənin istifadəyə veriləcəyini nəzərə çatdırıb. Eyni zamanda Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir.

Ə. Həsənov Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirib. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: “Bu proses mərhələli yollarla həll edilir. Həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti