Qeyri-rəsmi məşğulluğun qarşısı alınacaq - Sərəncam

Qeyri-rəsmi məşğulluğun qarşısı alınacaq - Sərəncam


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirməli və icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.

Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti