“Böhtanın öhdəsindən gəlmək iqtidarındayam” - Şeyx cavab verdi

“Böhtanın öhdəsindən gəlmək iqtidarındayam” - Şeyx cavab verdi


“Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm”.

Gecce.az xəbər verir ki, bunu Şeyxülislam Allahşükür Paşazadə Azərtac-a müsahibəsində deyib. Son vaxtlar haqqında yayılan xəbərlərə münasibət bildirən Şeyxülislam deyb ki, bu fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə gündəmə gətirildikdən sonra ona bir çox mötəbər şəxslər də, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildiriblər: “İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil.

Ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar. Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: “Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti