Azərbaycan nefti 61 dollara çatır - Ərdoğanın çıxışından sonra

Azərbaycan nefti 61 dollara çatır - Ərdoğanın çıxışından sonra


Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

İCE London birjasında Brent markalı neft 3,969 faiz bahalaşaraq barelli 59,21 dollar olub.

WTI markalı neftin noyabr fyuçersi 3,08 faiz artaraq barelli 52,27 dollardan satılıb. AzeriLight markalı neftin 1 barelinin dəyəri isə 2,35% artaraq 60,51 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin qiyməti son dəfə ötən ilin iyulun 13-də 59 dollar səviyyəsində olub.

Neftin qiymətinin yüksəlməsinə təsir edən amillərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın referendumla əlaqədar İraq Kürdüstanından neft-qaz alışının dondurulması ilə bağlı verdiyi bəyanat olub.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti