Ziya Məmmədovu qudası əvəzlədi

Ziya Məmmədovu qudası əvəzlədi


Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Qyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova ilə ailəlidir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti