“Qarabağ münaqişəsinin həlli üçün ciddi səy göstərməliyik” - Ərdoğan

“Qarabağ münaqişəsinin həlli üçün ciddi səy göstərməliyik” - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı söyləyib.

“Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası xüsusilə bölgədə sabitliyin açarıdır. Ona görə biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox səy göstərməliyik. Biz unutmamalıyıq ki, bu gün məhəl qoymadığımız hər bir böhran, sabah qlobal miqyas ala bilər”, -deyə Türkiyə prezidenti bildirib.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti