“Pasportumu oğurladılar, həyatım təhlükədədir” - Saakaşvili

“Pasportumu oğurladılar, həyatım təhlükədədir” - Saakaşvili


Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmasının səbəblərini açıqlayıb.

Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə məhkəmədə etiraz etmək, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək üçün qayıtdığını deyib.

O, Ukrayna xalqını çox sevdiyini, onlara görə canından keçməyə hazır olduğunu söyləyib. Eks-qubernator onu da qeyd edib ki, həyatı, azadlığı, eləcə də, ölkənin mövcudluğu təhlükə altındadır.

Saakaşvili, həmçinin ukraynalı polisləri pasportunu oğurlamaqda ittiham edib:

“Sərhədə gələn zaman birdən insanlar məni əhatəyə aldılar və apardılar. Bu zaman Ukrayna pasportumu avtobusda qoydum, sonra isə polis gəldi və onu oğurladı”.

M. Saakaşvili onu da əlavə edib ki, Ukraynaya qayıdışı qanunidir və hazırda leqal şəkildə ölkədədir.

Mixail Saakaşvilinin dünən Ukraynaya gəlişi zamanı onu dəstəkləyən tərəfdarları isə həbs edilə bilər. Belə ki, ölkənin Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan sərhədçiləri döyən tərəfdarları 15 ilədək həbs gözlədiyini deyib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti