“Yarımadada baş verənlər ciddi təhlükə mənbəyidir” - Əliyev

“Yarımadada baş verənlər ciddi təhlükə mənbəyidir” - Əliyev


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır.

Dövlət başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti