“İnsanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik”

“İnsanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik”


Qafqaz Müsəlmanları İdarəsi Myanmada baş verənlərlə bağlı bəyanat yayıb.


"Qafqazinfo"ya daxil olan bəyanatda bildirilir:

Azərbaycan, Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək, Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik.

Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmada siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölğənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti