Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi

Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi


Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.

Gecce.az Report-a istinadən xəbər verir ki, sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəisi təyin olunan Elnur Əliyev isə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın nəvəsi, həmçinin Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kürəkənidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti