“Rusiyaya qarşı çıxa bilərəm, əgər...” - Kadırov

“Rusiyaya qarşı çıxa bilərəm, əgər...” - Kadırov


Çeçenistan lideri Ramzan Kadırov Myanmada buddistlərlə müsəlmanlar arasındakı toqquşmanı şərh edərək baş verənləri “soyqırım” adlandırıb.

Bu barədə çeçen lider instagramda paylaşdığı video müraciətində danışıb. Siyasətçi bildirib ki, hətta rəsmi Moskva bu cinayəti törədən “şeytanları” dəstəkləyərsə Rusiyanın siyasətinə qarşı çıxa bilər: “Mənim öz baxışın, öz mövqeyim var”.

Onun sözlərinə görə, “hakimiyyət tərəfindən səlahiyyətləndirilmiş kütləvi qırğınlar” müsəlmanların məhvinə yönəldilib, lakin beynəlxalq təşkilatlar susmağa üstünlük verir.

Qeyd edək ki, Myanmada baş verən konfliktdə təxminən 400 insan öldürülüb, 18,5 min müsəlman Banqladeşə qaçmalı olub.Yerli hökumət isə əmindir ki, rohingya müsəlmanları qeyri-leqal miqrantlardırlar.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti