Deputatlar arasında qalmaqal - “Hər kəsin sifətini gördüm”

Deputatlar arasında qalmaqal - “Hər kəsin sifətini gördüm”


Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Ölkə.az-a açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.

“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”-deyə A.Abıyev bildirib.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Astan Şahverdiyev Modern.az-a açıqlama verib.

Astan Şahverdiyev bildirib: “Düzü bu barədə danışmaq istəmirəm. Parlamentin iclasları başlasın, mən o zaman özümü müdafiə edəcəyəm. Yoxsa mətbuat vasitəsilə özümü müdafiə etmək istəmirəm. Ona görə də münasibət bildirmirəm. Hər kəsin sifətini gördüm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti