Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşmüşdür

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşmüşdür



Noyabrın 26-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Gecce.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bildirir ki, nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Nazir Kəmaləddin Heydərov hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırmışdır. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olmuşlar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti