Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilirMinskdə Belarus-Azərbaycan biznes forumu keçirilir

Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilirMinskdə Belarus-Azərbaycan biznes forumu keçirilir




İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Gecce.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 26-da Minskdə Belarus-Azərbaycan biznes forumu öz işinə başlamışdır. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulamışdır. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza yaradılmışdır. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanmışdır. Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası məqsədilə ölkələrimizin birgə səylərini artırmasının əhəmiyyətini qeyd etmişdir. Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk traktor və avtomobil zavodu arasında belarus-26-11-2015-2səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Nazir Şahin Mustafayev iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət etmiş, Azərbaycan iqtisadiyyatı barədə məlumat vermişdir.
Belarus Respublikasının sənaye naziri Vitali Vovk Belarus və Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat vermiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir.
Biznes forum öz işini noyabrın 27-də də davam etdirəcəkdir.
Azərbaycan nümayəndə heyəti həmçinin, maşınqayırma, aqrar, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olmuşlar.

Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilirMinskdə Belarus-Azərbaycan biznes forumu keçirilir
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti