"Türkiyədən üzrxahlıq gözləyirik" - Putin

"Türkiyədən üzrxahlıq gözləyirik" - Putin


“Türkiyə şüurlu şəkildə Rusiya ilə münasibətləri çıxılmaz vəziyyətə salır. Buna görə təəssüf edirik”.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putindeyib.

Onun sözlərinə görə, rəsmi Ankara Su-24 təyyarəsinin vurulması ilə əlaqədar hələ də Moskvadan üzr istəməyib: “Su-24 təyyarəsinin vurulması sağlam məntiqə və beynəlxalq hüquqa ziddir. Təyyarə Suriya ərazisi üzərində vurulub. Biz hələ də hadisə ilə bağlı açıq üzrxahlıq, zərərin əvəzinin ödənilmə təklifi və baş verən hadisəyə görə kimlərisə cəzalandırma niyyəti barədə eşitməmişik”.

Rusiya prezidenti baş verən hadisəni terror əleyhinə mübarizədə tərəfdaş hesab etdikləri şəxslərin arxadan vurulan zərbəsi kimi qiymətləndirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti