Prezident İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib - FOTO

Prezident İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.

Gecce.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğuladı. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğuladı.

Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd etdi. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.

Dövlətimizin başçısı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti