ABŞ kəşfiyyatı Türkiyədəki dövlət çevrilişindən xəbərdar olub” – Vladimir Putin

ABŞ kəşfiyyatı Türkiyədəki dövlət çevrilişindən xəbərdar olub” – Vladimir Putin


Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyatının Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən xəbərdar olduğunu bildirib.

AzNews.az "CNN Türk"ə istinadən xəbər verir ki, Putin amerikalı rejissor Oliver Stouna müsahibəsi zamanı belə bir açıqlama verib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhddə ABŞ hökumətinin yer aldığını heç vaxt mənə deməyib. Lakin mən məntiqə əsasən deyə bilərəm ki, əgər Gülən, həqiqətən də, dövlət çevrilişinə cəhd edibsə, ki bu barədə heç bir fikrim yoxdur, o halda ABŞ kəşfiyyatının baş verənlərlədən xəbərsiz olmasını təsəvvür etmək çox çətindir”

Putin İncirlik hərbi bazasında olan ABŞ-a məxsus nüvə silahlarına da diqqət çəkib.

Putin qeyd edib ki, dövlət çevrilişinə cəhddə İncirlikdəki əsgərlər də fəal iştirak ediblər. Onun sözlərinə görə, belə bir dramatik vəziyyətdə həmin nüvə başlıqlarının talehi də riskli vəziyyətə düşür.

“Belə bir dramatik hadisələr baş verdikdə insanın ağlına sual gəlir. Bu nüvə silahlarının başına nələr gələ bilərdi”

Türkiyə hökuməti dövlət çevrilişinə cəhddə ittiham olunan minlərlə yüksək rütbəli hərbçiləri həbs edib. Rəsmi Ankara dövlət çevrilişinə cəhd planlarının hazırda ABŞ-da sığınacaq əldə edən Fətullah Gülən tərəfindən hazırlandığını bildirir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti