Avropa İttifaqının komissarı: “Terrorizmlə mübarizədə beynəlxalq tərəfdaşlar birlikdə işləməlidir"

Avropa İttifaqının komissarı: “Terrorizmlə mübarizədə beynəlxalq tərəfdaşlar birlikdə işləməlidir"



"Şərq Tərəfdaşları ölkələrində səhiyyə təhlükəsizliyinə və epidemiyalara qarşı mübarizə sərhəd ölkələrinə aid məsələlərdir. Bütün ölkələr, xüsusən Şərq Tərəfdaşlığı ölkələri bu çağırışlarla qarşılaşır. Bizim üçün bir yol var - əməkdaşlıq".

Gecce.az Apa.az-a istiinadən xəbər verir ki , bu barədə Avropa İttifaqının sağlamlıq və ərzaq təhlükəsizliyi üzrə komissarı Vytenis Andriukaitis jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bakteriyalarla mübarizə çox vacibdir: “Çünki bu xəstəliyin arxasında ölüm dayanır. Avropa İttifaqında 25 min ölüm hadisəsi baş verib. Bu Şərq Tərəfdaşlığı ölkələrində də aktual xəstəlikdir. Görüşdə iştirak edən səhiyyə nazirləri bu xəstəliklər haqqında müzakirələr apardıq, komissar Yohannes Han çıxış edənləri dəstəkləyib".

Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han isə qeyd edib ki, qonşularla sabitliyi, münasibətləri davam etdirmək lazımdır.

Mətbuat konfransında həmçinin Cənubi Qafqazda terrorizm təhlükəsi haqqında fikirlər səsləndirilib. Y. Han bildirib ki, terrorizmlə mübarizə üçün beynəlxalq aləm ümumi mövqeyini bildirməlidir. “Bu gün ayrı-ayrı təşəbbüslər həyata keçməyəcək və davamlı olmayacaq. Hamı bunun nəticəsini bilmək istəyir. Fikirləşirəm ki, bu istiqamətdə bütün beynəlxalq tərəfdaşların birlikdə işləməsi vacibdir. Buraya Amerika, Avropa regionunu daxil etmək lazımdır. Bizim bu sahədə güclü mövqeyimiz olmalıdır, çünki ümumi düşmənimiz var. Bu düşmən həyat tərzimizə qəsd edir", - deyə o vurğulayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti